"Real"ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının 1/4 finalında "Yuventus"la cavab oyununda rəqib qapısına təyin olunan penalti epizodu ilə bağlı açıqlama verib.
Unikal.org-un "Marca"ya istinadən yaydığı xəbərə görə, fransalı mütəxəssis bu qərarın soyğunçuluq kimi qiymətləndirilməsinə əsəbiləşdiyini söyləyib: " Uğurlarımıza təəssüflənən insanlar var, amma bu klubun tarixini heç kim dəyişdirə bilməz. Dünyanın ən böyük klubundan danışırıq. Buna görə də paxıllıq edənlər olur".
Zidan bildirib ki, penalti qərarı ilə bağlı mübahisələrin olması normaldır: "Amma bəzi sözlər daha artıq olmağa başladı. Şübhəsiz ki, biz növbəti mərhələyə yüksəlməyə layiqik".