Kiprin "Anortosis klubunda çıxış edən milli komandamızın üzvü Araz Abdullayev gecə klubunda görünüb.

Unikal.org sportal.az-a istinadən xəbər verir ki, Abdullayev ölkə çempionatının 32-ci turunda AEK-lə 1:1 hesablı heç-heçə etdikləri görüşdən sonra əylənməyə gedib.

O, komanda yoldaşları - Daniyel Pranyiç, Ruben Rayo və Qordon Şildenfeldlə birgə olub. Şildenfeld şəxsi İnstaqram hesabından diskotekadan video paylaşıb.

Azarkeşlər futbolçuların heç-heçə etdiyi görüşdən sonra əylənməsinə kəskin şəkildə etiraz ediblər.

Qeyd edək ki, Araz müqavilə ilə "Qəbələyə məxsusdur.