AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Unikal.org xəbər verir ki, iclasda birinci divizionda və əvəzedicilərin yarışında baş vermiş qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

Əvəzedici heyətlərin 23-cü turunun "Zirə - "Neftçi matçında ev sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.

Oyunun 90+4-cü dəqiqəsində "Zirənin futbolçusu Samir Məmmədzadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.

Birinci divizionun 23-cü turunun "Qaradağ Lökbatan - "Zaqatala matçının 43-cü dəqiqəsində qonaqların futbolçusu Nicat Muxtarov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.

"Ağsu - "Mil-Muğan matçında İmişli klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Oyunun 57-ci dəqiqəsində "Mil-Muğanın üzvü Samir Babayev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 160 manat cərimə olunub.

"Binə - "Şüvəlan matçı başa çatdıqdan sonra "Binə klubunun rəsmi şəxsləri Rəhman Cəfərov, Süphan Əliyev, Сavid Tanrıverdiyev meydançaya daxil olaraq hakimlər briqadasını təhqir etdiklərinə görə hər biri 5 oyun cəzalnıb, klub 1200 manat cərimə olunub.