UEFA Gənclər Liqasının yarımfinal mərhələsi çərçivəsində keçiriləcək "Mançester Siti (İngiltərə) - "Barselona (İspaniya) oyununu FİFA referisi Əliyar Ağayev idarə edəcək.
Unikal.org xəbər verir ki, onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirli olacaq. Dördüncü hakim funksiyasını Sandro Şarer (İsveçrə) yerinə yetirəcək.
Oyun aprelin 20-də Nyon şəhərindəki Kolovra stadionunda keçiriləcək.