"Qəbələ klubu Azərbaycan Kubokunun finalına vəsiqə qazanıb.
Unikal.org-un məlumatına görə, yarımfinal mərhələsinin ilk matçında evdə "Neftçiyə 1:2 hesabı ilə uduzan "qırmızı-qaralar, səfərdə dönüş etməyi bacarıblar.
"Bakcell Arenada baş tutan qarşılaşmada hesabı "Neftçi açıb. Oyunun 10-cu dəqiqəsində Soni Mustivar fərqlənib. Bunun müqabilində "Qəbələ"nin bombardiri Baqali Dabo 20 və 30-cu dəqiqələrdə komandasını hesabda önə çıxarıb. Görüşdə son qolu isə əyalət təmsilçisinin kapitanı Cavid Hüseynov vurub. O, 63-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Beləliklə, finalda ukraynalı baş məşqçilərin - "Qəbələnin sükanı arxasında olan Roman Qriqorçukla Yuri Maksimovun rəhbərlik etdiyi komandalar üz-üzə gələcəklər.
Final oyunu mayın 28-də keçiriləcək.