Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018" superturnirində bu gün II turun görüşləri keçirilir.
Unikal.org-un məlumatına görə, Azərbaycan təmsilçilərindən ikisi bir-biri ilə üz-üzə gəlib. Teymur Rəcəbov ağ fiqurlarla Rauf Məmmədovu sınağa çəkib. Görüş 50-ci gedişdən sonra heç-heçə ilə yekunlaşıb - 0,5:0,5.
Rusiyalı Sergey Karyakin və çinli Dinq Liren arasındakı qarşılaşma da "sülh"lə bitib.
Hazırda Maqnus Karlsen (Norveç) - David Navara (Çexiya), Veselin Topalov (Bolqarıstan) - Aniş Giri (Hollandiya) və Radoslav Voytaşek (Polşa) - Şəhriyar Məmmədyarov (Azərbaycan) görüşləri davam edir.
Qeyd edək ki, ilk turun bütün görüşləri heç-heçə ilə yekunlaşıb.