Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Shamkir Chess-2018 superturnirində bu gün 3-cü turun görüşləri keçiriləcək.

Unikal.org xəbər verir ki, təmsilçilərimizdən Şəhriyar Məmmədyarov rusiyalı Sergey Karyakinlə qarşılaşacaq.

Teymur Rəcəbov hollandiyalı Aniş Giri ilə üz-üzə gələcək.

Rauf Məmmədovu isə bu tur daha çətin qarşılaşma gözləyir. O, dünya çempionu Maqnus Karlsenlə görüşəcək.

Turnirin əvvəlki turlarında bütün görüşlər heç-heçə başa çatıb.

İsveçrə sistemi ilə keçirilən turnir 9 turdan ibarətdi.

Shamkir Chess-2018, 3-cü tur

21 aprel

Aniş Giri (Hollandiya) - Teymur Rəcəbov (Azərbaycan)

Dinq Liren (Çin) - Veselin Topalov (Bolqarıstan)

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Sergey Karyakin (Rusiya)

David Navara (Çexiya) - Radoslav Voytaşek (Polşa)

Rauf Məmmədov (Azərbaycan) - Maqnus Karlsen (Norveç)