UEFA PSJ-də maliyyə feyr-pleyi ilə bağlı araşdırmaları davam etdirir.
Unikal.org xəbər verir ki, Avropanın ali futbol qurumu hazırda sponsor müqavilələrini yoxlayır. "Le Parisien nəşrinin iddiasına görə, PSJ iyunun 30-na qədər ən azı bir futbolçunu satmağa məcburdur. Əks halda, Paris klubu maliyyə feyr-pleyini pozmuş olacaq.
Məlumata görə, klub rəhbərliyi Qonsalo Quedesi satmaq niyyətindədi. Bu futbolçu hazırda icarə əsasında "Valensiyada çıxış edir. PSJ ona görə 40 milyon avro tələb edir. Ancaq futbolçunun qiymətinin bahalaşa biləcəyi də istisna edilmir.
Quedes cari mövsümdə "Valensiyada 33 oyun keçirib, 5 qol vurub, 10 qol ötürməsi edib.