Topaz Premyer Liqasının XXIV turunda "Sumqayıt"ın "Qarabağ"a evdə 0:1 hesabı ilə uduzduğu oyundan sonra qalmaqal baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, "Sumqayıt"ın baş məşqçisi Samir Abasov oyunu idarə edən Ömər Paşayevin rəhbərlik etdiyi hakimlər briqadasına hücum çəkib.

Onlara sərt şəkildə etiraz edən 40 yaşlı mütəxəssisi çətinliklə sakitləşdirmək mümkün olub.

Bu qələbədən sonra "Qarabağ" çempionluğunu rəsmiləşdirib.