"Qarabağ" klubunun futbolçusu Yakub Jezniçak vətəni Polşanın tarixinə düşüb.
Unikal.org xəbər verir ki, 32 yaşlı müdafiəçi Azərbaycan çempionu olmaqla, karyerası ərzində 13-cü kuboku qazanıb. Beləliklə, o, həmyerlilərinin rekorduna şərik çıxıb. Jezniçak titul sayında Polşa milli komandasının sabiq futbolçuları Ernst Pol və Kşiştov Vajixa ilə bərabərləşib.
Qeyd edək ki, Yakub Jezniçak əvvəlki 12 titulunu Polşanın "Legiya" klubunun heyətində qazanıb. O, 5 dəfə Polşa çempionluğu, 6 dəfə ölkə kuboku və 1 dəfə Superkuboka yiyələnib. Təcrübəli müdafiəçi 2017-ci ilin yayında trasfer olunduğu "Qarabağ"da ilk tituluna sahib çıxıb.