"Qarabağdan sonra daha bir komandanın gələn mövsüm avrokuboklarda iştirakı rəsmiləşib.

Unikal.org-un məlumatına görə, bu, Topaz Premyer Liqasının XXVI turunda keçirilən "Qəbələ - "Keşlə matçından sonra müəyyənləşib.

Ölkə kubokunun finalçılarının Qəbələdə üz-üzə gəldiyi görüş 1:1 hesabı ilə nəticələnib. Bir gün əvvəl "Sumqayıt büdrədiyindən, "Qəbələ ilə arasındakı 6 xallıq fərq qalıb. Bu isə o deməkdi ki, "qırmızı-qaralar mövsümü ən pis halda 3-cü pillədə tamamlayacaqlar. Bu da Avropa Liqasına vəsiqə üçün yetərlidi.

Sabah "Neftçi "Qarabağla görüşdə qələbə qazana bilməsə, o zaman "Qəbələ sona 2 tur qalmış gümüş medalı təmin edəcək.