Məşhur futbolçu, ABŞ-a qaçan FETÖ-çü Hakan Şükür bu ölkədə böyük kafe açdığı məlum olub.
Unikal.org xəbər verir ki, Fətullahçı Terror Təşkilatına qarşı aparılan istintaq səbəbiylə Türkiyədən xaricə qaçan və haqqında yaxalama qərarı olan keçmiş futbolçu Hakan Şükür, qısa müddət sonra ABŞ-da ortaya çıxmışdı.
2015-ci ildə İstanbuldakı evini satan və bankdakı pulunu çəkdikdən sonra Türkiyədən qaçan Şükür, ABŞ-ın Kaliforniya ştatında Tuts Bakery & Cafe adlı bir məkanın sahibi olduğu ortalığa çıxıb. Belə ki, Hakan Şükür buranın sahibidir. O kafedə bəzən müştərilərə özüdə xidmət göstərir.
Hakan Şükür sahibi olduğu kafedə çalışarkən ilk dəfə görüntülənib. Sosial mediayada fotosunu paylaşan "Qalatasaray futbol klubunun tərəfdarları Hakan Şükür üçün "haradan haraya şərhi yazıblar.