Türkiyə Super Liqasında 32-ci turun oyunları keçirilir.
Unikal.org xəbər verir ki, lider "Qalatasaray səfərdə "Akhisar Genclik Sporun qonağı olub.
Matça fəal başlayan "Cim-Bom Rodrigesin dublu sayəsində 18-ci dəqiqədə 2:0 hesabı ilə önə keçib. İlk yarıda penaltini qaçıran meydan sahibləri, 50-ci dəqiqədə avtoqolla hesab arasındakı fərqi azaldıblar.
Bu, görüşdə vurulan son qol olub. 2:1 hesabı ilə vacib qələbə qazanan "Qalatasarayda Qomis 90+2-ci dəqiqədə penaltini qaçırıb.
Qeyd edək ki, sona 2 tur qalmış Fatih Terimin komandası 69 xalla vahid liderdir. "Fənərbaxça əzəli rəqibindən 3 xal geri qalır. Eyni xala malik "Başakşehir üçüncü, 1 oyun az keçirmiş "Beşiktaş isə 62 xalla dördüncüdü.