"Realın baş məşqçisi Zinəddin Zidan "Barselonanın kapitanı Andreas İnyestaya böyük hörmətini nümayiş etdirib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, "el klasikodan sonra (2:2) Zinəddin Zidan mövsümün sonunda "Barsa"dakı karyerasını bitirəcək İnyesta ilə xudahafizləşmək istəyib. O, "Barsanın paltardəyişmə otağının yaxınlığında dayanaraq, İnyestanın gəlməsini gözləyib. Zidan "Barsanın kapitanını qucaqlayaraq, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

"Barselonanın yetirməsi olan İnyesta 16 il bu klubun şərəfini qoruyub.