UEFA Çempionlar Liqasında final oyununa qədər ən çox seyv edən qapıçıların siyahısını açıqlayıb.

Unikal.org-un qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, "Qarabağ"ın qolkiperi İbrahim Şehiç siyahının ikinci pilləsində qərarlaşıb. Ağdam klubu qrup mərhələsində mübarizəni dayandırsa da, bosniya və herseqovinalı qapıçı 35 qurtarışla ilk 3-lükdə qalmağı bacarıb.

Qeyd edək ki, ilk pillədə 47 seyv edən "Roma"nın qapıçısı Alisson Bekker yer alıb. 3-lüyü 34 qurtarışla Donetsk "Şaxtyor"unun qolkiperi Andrey Pyatov tamamlayır.