Bu gün İspaniya La Liqasında 34-cü turdan təxirə salınan iki görüş baş tutacaq. 

Unikal.org  xəbər verir ki, İspaniya Kral Kubokunda "Barselona ilə "Sevilya arasında keçirilmiş final oyunu səbəbindən təxirə salınmış oyunlarda kataloniyalılar "Vilyarealı, Əndəlüs təmsilçisi isə "Realı qəbul edəcək.

Çempionluğu təmin etmiş "Barselona üçün matçın əhəmiyyəti olmasa da, "Vilyareal mümkün qələbə ilə turnir cədvəlində bir pillə irəliləyə bilər."Realı isə daha çətin matç gözləyir. "Kral klubu ikinci pilləyə yüksəlmək üçün qələbə qazanmağa borcludur. "Sevilya da matça ancaq qələbə əzmi ilə çıxacaq. Çünki komandanın Avrokuboklara vəsiqə verən 7-ci yerə yüksəlməsi üçün 3 xal şərtdi.

 İspaniya La Liqası


22:00. "Barselona - "Vilyareal

23:30. "Sevilya - "Real