"Everton"un hücumçusu Ueyn Runi karyerasını ABŞ-da davam etdirə bilər. 

Unikal.org  "Washington Post"a istinadən xəbər verir ki, MLS klublarından "Di Si Yunayted" onun xidmətində maraqlıdı.

 Hazırda Runinin meneceri və sözügedən klub arasında danışıqlar gedir. Mənbənin iddiasına görə, danışıqların gedişində irəliləyiş var və ingilis futbolçunun yay aylarında "Di Si Yunayted"ə transferinin reallaşması ehtimalı yüksəkdi.Qeyd edək ki, "Di Si Yunayted" ötən yay Runini heyətinə cəlb etmək istəsə də, o, daha bir mövsüm İngiltərədə qalmaq qərarına gəlmişdi.

 "Di Si Yunayted"in transfer siyahısında həmçinin Çiçarito ("Vest Hem"), Karlos Teves ("Boka Xuniors") və Mario Balotelli ("Nitsa") kimi futbolçuların adları yer alır.