"Qarabağın futbolçusu Pedro Enrike Yunanıstan mətbuatına müsahibə verib.
Unikal.org xəbər verir ki, müqaviləylə PAOK-a məxsus olan, Ağdam təmsilçisində icarə əsasında çıxış edən braziliyalı yarımmüdafiəçi karyerasını harda davam etdirəcəyi barədə suala belə cavab verib:
"Bu, mənim işim deyil. Məsələ "Qarabağla PAOK arasındadı. Tətildən sonra Salonikiyə gedəcəm və PAOK-la birlikdə gələcəyimə dair nələr edə biləcəyimizi müzakirə edəcəyik. "Qarabağa hörmətim böyükdü, ancaq PAOK-la müqaviləm var.
Xatırladaq ki, mövsümün əvvəlində "köhlən atlara icarəyə verilən Pedro, burda bütün turnirlərdə keçirdiyi 26 oyunda 6 qola imza atıb. 27 yaşlı futbolçunun "Qarabağla icarə müqaviləsi mövsümün sonunda başa çatacaq.