"Liverpulun hücumçusu Məhəmməd Salah növbəti mövsümdən "Realda çıxış edə bilər.
Unikal.org xəbər verir ki, bu barədə məlumatı İspaniyanın "Don Balon nəşri yayıb. Xəbərdə misirli futbolçu ilə "kral klubunun prezidenti Florentino Peresin razılığa gəldikləri qeyd edilib. Madrid təmsilçisinin Salahın keçidi üçün "Liverpula 175 milyon funt-sterlinq ödəyəcəyi də vurğulanıb.
Xatırladaq ki, cari mövsümdə parlaq çıxışı ilə diqqət çəkən Salah, bütün turnirlərdə şans qazandığı 50 matçda 43 qola imza atıb.