Örən il dünyasını dəyişmiş, əfsanəvi ağır atlet Naim Süleymanoğlunun qəbri açılacaq.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yaponiya əsilli Sekai Mori məşhur idmançının qızı olduğunu iddia edir. Məhkəmə Morinin iddialarının doğruluğunu araşdırmaq üçün DNT analizi edilməsi qərarı verib. Bunun üçün isə Süleymanoğlunun məzarı açılaraq, ondan test üçün nümunə götürüləcək. Məşhur idmançının məzarının bu il iyulun 4-də açılacağı bildirilib.
Süleymanoğlunun Morinin anası - yapon jurnalist Kyoko Mori ilə 1988-ci ildə keçirilmiş Seul Olimpiadası zamanı tanış olduğu deyilir. Mərhum idmançının 3 övladı var. Tibbi ekspertizada Morinin keçmiş olimpiya çempionunun övladı olduğu təsdiqlənsə, yapon qız Süleymanoğlunun varislərindən sayılacaq.
Sekai Morinin hazırda 27 yaşı var.