Futbol üzrə Argentina çempionatında 2017/18 mövsümünün qalibi bəlli olub.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, səfərdə "Ximnasia ilə heç-heçə edən (2:2) "Boka Xuniors mövsümün başa çatmasına bir tur qalmış çempionluğunu rəsmiləşdirib. Oyunda "sarı göylərin qollarına 12-ci dəqiqədə Pablo Peres və 57-ci dəqiqədə Ramon Abila imza atıblar. Bu qələbədən sonra xallarının sayını 57-yə çatdıran "Boka Xuniors bitimə bir tur qalmış birinciliyi təmin edib.
Bu, "sarı-göylərin sayca 33-cü çempionluğudu.