Braziliya yığmasının əfsanəvi üzvlərindən olmuş Romario qələbəni necə qazanmaq lazım olduğunu bilir.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Romario DÇ-2018 ərəfəsində Braziliya yığmasının hücumçusu Qabriel Jesusa məsləhət verib. O, futbolçuya tövsiyə edib ki, sekslə çox məşğul olsun:

"Mənim ilk məsləhətim budu: sekslə çox məşğul ol. Çalış ki, istirahət günlərini bacardıqca yaxşı keçirəsən.

Oyundan bir gün əvvəl və oyun günləri tam olaraq qarşılaşmaya köklənməlisən. Hər qol epizoudunu elə dəyərləndir ki, sanki daha belə şans olmayacaq.

Romario DÇ-1994-ün qalibidir.