Dünyanın ən bahalı heyətə malik 100 komandası açıqlanıb.

Unikal.org xəbər verir ki, "transfermarkt saytının açıqladığı siyahıya "Barselona başçılıq edir. Sayt katalonlarının heyətini 1,05 milyard avro dəyərində qiymətləndirib.

"Göy-qırmızıların əzəli rəqibi "Real siyahıda ikinci sıradadı. "Kral klubunun heyətinə 962,5 milyon avro qiymət verilib.

İlk onluqda aşağıdakı klublar yer alıb:

1. Barselona (İspaniya) - 1,05 milyard avro

2. Real (İspaniya) - 962,5 milyon avro

3. Mançester Siti (İngiltərə) - 856,5 milyon avro

4. Bavariya (Almaniya) - 779 milyon avro

5. PSJ (Fransa) - 775,5 milyon avro

6. Mançester Yunayted (İngiltərə) - 750,5 milyon avro

7. Çelsi (İngiltərə) - 741,75 milyon avro

8. Tottenhem (İngiltərə) - 720 milyon avro

9. Atletiko (İspaniya) - 636 milyon avro

10. Yuventus (İtaliya) - 616,3 milyon avro