Xəbər verdiyimiz kimi, Azərbaycan Ağır Atletika Federasiyasında növbəti dəfə dopinq qalmaqalı baş verib.
Gənclərin milli komandasının üzvü İsa Rüstəmovun qanında qadağan olunmuş maddə aşkarlanıb. Yerli federasiya məlumatı təkzib edib, gizlətməyə çalışırdı. Beynəlxalq Ağırlıq Qaldırma Federasiyası dopinqdə ilişən idmançıların növbəti siyahısını təqdim edib.
Bununla da Unikal.org-un xəbəri təsdiqlənib. Həmin idmançılar içərisində İ.Rüstəmovun da adı var.
Qeyd edək ki, İ.Rüstəmov sonuncu Avropa çempionatından sonra dopinqdə ilişib. Gənc atletin qanında dopinq tapılması nədənsə AAAF tərəfindən gizli saxlanılmağa çalışılır.
Aygün İlqarqızı