"Liverpulun futbolçusu Əmrə Canın "Yuventusa keçidi barədə rəsmi məlumat Çempionlar Liqasının finalından sonra veriləcək.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Yuventusun idman direktoru Cüzeppe Marotta deyib. Onun açıqlamasından belə məlum olub ki, Əmrənin keçidi ilə bağlı əsas məsələlər həllini tapıb:
"Praktiki olaraq, əsas məsələlər həllini tapıb. Biz Canla danışıqlar məsələsində optimist əhvaldayıq. Hesab edirəm ki, Çempionlar Liqasının finalından sonra keçidlə bağlı rəsmi açıqlama verəcəyik.
Can "Yuventusa azad agent statusunda keçəcək. Onun "Liverpulla müqaviləsi iyunun 30-da başa çatır.