Mingəçevir şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib.

Unikal.org  "Reporta istinadən xəbər verir ki, şirkətə məxsus "Ford markalı yük mikroavtobusu Samux küçəsində "Fiatla toqquşub.

Qəza nəticəsində hər iki maşının sürücüsü xəsarət alıb.Yaralılar - 1991-ci il təvəllüdlü Ağdam rayon sakini Azərli Əkbər Azər oğlu və 1982-ci il təvəllüdlü Kərimov Zaur Fikrət oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.