Lənkəran rayonunda uşaq zəhərlənib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, rayonun Veravul kənd sakini, 2015-ci il təvəllüdlü Ayxan Tural oğlu Səmədli təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.