Salyanda yük maşını piyadaları vurub.
Unikal.org APA-ya istinadən xəbər verir ki, Boranıkənd kəndində qeydə alınıb. "KamAZ markalı yük maşını yolu keçən 1994-cü il təvəllüdlü Məmmədova Günel Nurulla qızını və 4 yaşlı övladını vurub. Uşaq hadisə yerində ölüb, ana isə xəsarətlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.