"Azərsun Holdinq"ə məxsus yük avtomobili qəza törədib.

Unikal.org xəbər verir ki, Sabunçu-Zabrat yolunda zəncirvari qəza baş verib.

Belə ki, "Azərsun Holdinq"ə məxsus 90-JV-613 dövlət nömrə nişanlı "İsuzu", "Kamaz" markalı yük maşını və 90-NM-773 dövlət nömrə nişanlı "Mazda" toqquşub.

Şahidlərin verildiyi məlumata görə sürücülərdən xəsarət alan var. Xəsarət alan şəxs təcili tibbi yardım avtomobili ilə yaxınlıqda yerləşən xəstəxanalardan birinə apatrılıb. Qəza nəticəsində yolda tıxac yaranıb. Bu da şəhər istiqamətində avtomobillərin hərəkətini dayandırıb. Hadisə yerinə DYP-nin əməkdaşları cəlb olunub, araşdırma aparılır.