Xəzərdə batan şəxsin meyiti tapılıb.

Unikal.org-un  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Pirallahı rayonunda dənizdə Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılan axtarış işləri başa çatıb.
Dənizdə batmış 1978-ci il təvəllüdlü Liftov Aleksandr Nikolayeviçin cəsədi dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

xxx

Bakıda 40 yaşlı kişi dənizdə batıb.

Unikal.org-un FHN-in saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1978-ci il təvəllüdlü Liftov Aleksandr Nikolayeviçin Bakı şəhəri, Pirallahı rayonunda dənizdə batması barədə məlumat daxil olub.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.