Bakı-Qazax magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə magistralın Kürdəmir rayonun Karrar qəsəbə ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı istiqamətində hərəkətdə olan "Lifan" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Nəticədə avtomobildə olan sərnişin, Gəncə şəhər sakini, 1979-cu il təvəllüdlü Vüsalə İsrail qızı Kərimova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, avtomobildə 5 nəfər olub. Lakin sürücü və digər sərnişinlər yüngül xəsarət aldığından onlara hadisə yerində ilkin tibbi yardım göstərilib və ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.