Ermənilər Azərbaycanın Ağdam rayonunun işğal altında olan ərazilərində növbəti yanğın törədiblər.

Unikal.org apa-ya istinadən xəbər verir ki, yanğın neytral ərazini keçərək cəbhəyanı kəndlərə, taxıl zəmilərinə yaxınlaşıb. Alov geniş miqyas alaraq Çəmənli kəndi ərazisinə yayılıb.

Alovun taxıl sahələrinə keçməsinin qarşısını almaq üçün tədbirlər görülür.