Bakıda bir neçə hektarlıq boş sahədə yanğın başlayıb. 

Unikal.org Lent.az xəbər verir ki, Sabunçu və Xəzər rayonlarının arasındakı (hava limanınınn arxa hissəsi) ərazidə quru ot və tullantılar yanır. Əraziyə Sabunçu, Xəzər və Suraxanı rayonunun yanğından mühafizə briqadaları cəlb edilib. Yanğının söndürülməsi istiqamətində iş aparılır.

Əlavə məlumat veriləcək.