Mingəçevir şəhərində fəhlə yataqxanasında yanğın olub.

Unikal.org report-a istinadən xəbər verir ki, yanğın Heydər Əliyev prospekti, 88 ünvanında yerləşən dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mingəçevir Şəhər Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Binanın sakinləri təxliyyə edilib.

Alov söndürülüb və tüstüdən zəhərlənən 4 qadına tibbi yardım göstərilib.