Bakının Nizami küçəsində maraqlı hadisə yaşanıb.
Unikal.org Azxeber.com-a istinadən xəbər verir ki, hadisə Bakıya səyahət edən ərəb əsilli turistin başına gəlibb. Görüntülərdə ərəb turistlə telefonunu tapan taksi sürücüsünün dialoqu ilk növbədə müşahidə olunur. Ərəb turist telefonunu tapan taksi sürücüsünə 50 manat mükafat verir. Taksi sürücüsü isə bu məbləğin az olmasını iddia edərək onu götürmür.
Bu zaman ərəb turist arxadakı üstü açılan kanalizasiya quyusunu görmür və nəticədə onun içinə düşür. Ətrafdakı insanların köməkliyi ilə quyudan çıxarılan turist ölümdən bir anlığa geri dönür.
Sözügedən görüntülərin maraqlı olduğunu nəzərə alıb sizlərə təqdim edirik: