Bakı şəhərinin Nərimanov rayonunda "Porsche" markalı minik avtomobili maneyə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

FHN-dən unikal.org-a bildirilib ki, yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın bölmələri tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.