Göyçayda baş verən avtomobil qəzası zamanı ölən və xəsarət alan şəxslərin adları məlum olub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, ötən gecə saat 01:00 radələrində Göyçay-Ucar avtomobil yolunda hərəkətdə olan "VAZ 2107" markalı minik avtomobili qarşısına çıxan iti vurduqdan sonra idarəetmənin itməsi səbəbindən ağaca çırpılıb.

Hadisə zamanı sürücü, rayonun Ləkçiplaq kənd sakini, 1998-ci il təvəllüdlü Sabir Seyidov, sərnişinləri - 1998-ci il təvəllüdlü Rüstəm Həmidov və Əfsər Rəhimov ağır bədən xəsarətləri alıb.

Xəsarət alanlar təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Rüstəm Həmidov dünyasını dəyişib, digər xəsarət alanların vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən aşdırma aparılır.


***

08:59

Göyçayda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə iyunun 29-da gecə saat 01:00 radələrində Göyçay-Ucar avtomobil yolunda qeydə alınıb. "VAZ 2107" markalı minik avtomobili qarşısına çıxan iti vurduqdan sonra idarəetmənin itməsi səbəbindən ağaca çırpılıb. Hadisə zamanı bir nəfərin öldüyü, 3 nəfərin ağır xəsarət aldığı bildirilir. Yaralılar təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının travmatologiya və cərrahiyə şöbələrinə çatdırılıb.

Ölən və yaralıların şəxsiyyəti müəyyənləşdirilir.

Hadisə barədə əlavə məlumat veriləcək.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən aşdırma aparılır.