Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.
Qurumun Mətbuat Mərkəzindən unikal.org-a verilən məlumata görə, ötən gün DSX əməkdaşlarının sayıqlığı və peÂşəkarlığı sayəsində külli miqdarda narkotik vasitənin qanunsuz dövriyÂyədən çıxarılması təmin olunub.
Məlumata görə, iyunun 28-də saat 03:15 radələrində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində YarÂdımlı-Masallı şosse yolunda DSX əməkdaşları tərəÂfindən şübhəli avtomobil müşahidə olunub. Avtomobil təqib olunaraq sürücü və sərnişinlərdən biri saxlanılıb, avtomobildə olan 1 nəfər digər şəxs qaçmağa müvəffəq olub.
Avtomobilə baxış zamanı 1 ədəd çantada 2 kq tiryək, 5 kq həşiş qətranı aşkar olunub. Saxlanılan vətəndaşların şəxsiyyəti dəÂqiqÂləşÂdirilib, onların Lənkəran rayon Liman qəsəbə sakini 1989-cu il təÂvəllüdlü Əkbərov Heydər Malik oğlu və Cəlilabad rayon Göytəpə qəsəbə sakini 1988-ci il təvəllüdlü Həsənov Babək Özbək oğlu olmaÂları müəyyən edilib. Hadisə yerindən qaçan üçüncü şəxsin axtarışı üzrə müvafiq tədbirlər həyata keçirilir.adisə ilə bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.