Dövlət Sərhəd Xidməti sərhəd suÂlaÂrında etibarlı sərhəd mühafizəsinin, neft-qaz hasilatı və daşınması infrasÂtrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
DSX-nın Mətbuat Mərkəzindən unikal.org-a verilən məlumata görə, qurumun Sahil Mühafizəsinin üzmə vasitələri tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində adalara və qayalıqlara baxış keçirilərÂkən sahildən 13,9 km məsafədə Xəzər-Zirə adasıÂnın şimalındakı daşlıq ərazidə 1 ədəd köhnə dəniz minası aşkarlanıb, ərazi dərhal mühafizəyə götürülÂüb.
Mühəndis-istehkam mütəxəssisləri tərəfindən mina aşkarlanmış əraziyə baÂxış keçirilib, mərminin dəniz minası olması təsdiqlənib, daşınÂmasının təhÂlükəli olması səbəbindən yerində zərərsizləşdirilməsinin zəruriliyi barədə rəy verilÂib.
Mina aşkarlanan ərazidən bir neçə kilometr ətrafda infrastruktur obyektÂlərinin mövcudluğu nəzərə alınmaqla, dəniz minaÂsıÂnın aşkar olunduğu yerdə təhlükəsizlik tələblərinə uyğun partladılması barədə qərar qəbul olunÂub.
İyunun 28-də dəniz minası partladılma yolu ilə zərərsizləşdirilib.