Hava limanı yolunda sürət həddi 20 km/saat endirilib. 

Bu barədə Unikal.org-a Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, buna səbəb Bülbülə döngəsi yaxınlığında baş verən ağır yol nəqliyyat hadisəsidir.

Bu səbəbdən də avtomagistralın həmin hissəsində şəhər istiqamətində sürət həddi 20 km/saat endirilib.