Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə M.Ə.Rəsulzadə qəsəbəsində baş verib.

1965-ci il təvəllüdlü Gülməmmədova Narın Cəlil qızı yolu keçərkən onu kiçik tutumlu yük avtomobili vurub. Qadın çoxsaylı sınıq xəsarətləri alıb. 

O, dərhal təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt Binəqədi Rayon Polis İdarəsində araşdırılır.