Gəncə şəhərində piyadanı avtomobillə vurub öldürən sürücü saxlanılıb.
Unikal.org "Report"a istinadən xəbər verir ki, 1994-cu il təvəllüdlü Gəncə sakini, Əsədov Kamran Şakir oğlu idarə etdiyi "Mercedes C200" markalı avtomobillə yolu keçən piyada, 1944-cü il təvəllüdlü Vidadi Quliyevi vurub.
Nəticədə V. Quliyev aldığı xəsarətdən ölüb. Hadisəni törədən sürücü polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.