Lerik rayon sakini Mail Ağayevin meyiti Lerik-Yardımlı yolunun 1-ci kilometrliyindəki meşə zolağında tapılıb.
Unikal.org Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, iyunun 29-da üzərində xəsarətlər olan meyit Yardımlı RPŞ-nin əməkdaşları tərəfindən Lerik-Yardımlı yolunun 1-ci kilometrliyindəki meşə zolağında, "UAZ-469B markalı avtomobilin yaxınlığında tapılıb.
M.Ağayevin qeyd edilən nəqliyyat vasitəsini idarə edərkən onu aşırması nəticəsində ölməsi ehtimal olunduğundan faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.