Şirvan şəhərində ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, şəhərin Heydər Əliyev prospektində Şirvan sakini, 1984-cü il təvəllüdlü Mustafayev Samiq Səlim oğlu 10 SA 431 dövlət nömrə nişanlı, "Mercedec markalı avtomobilin idarəetməsini itirib, avtomobil işıq dirəyinə çırpılıb və bu zamanyanğın baş verib. Avtomobildə olan sərnişinlərdən biri ölüb, digər sərnişin xəsarət alaraq şəhər xəstəxanasınayerləşdirilib.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğının qarşısını alıblar.

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində araşdırma aparılır.