Yevlaxda yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində ölən və yaralananların bəzilərinin adları məlum olub.

Unikal.org report-a istinadən xəbər verir ki, qəza nəticəsində ölənlərdən biri 2006-cı il təvəllüdlü Şəmkir rayon sakini Abdullayev Emin Asif oğludur.

Qəzada ölən daha 2 nəfərin şəxsiyyəti dəqiqləşdirilir.

Yaralılardan adları məlum olanlar isə bunlardır:

Əhmədova Səfa Nizami qızı

Əliyev Cavidan Əliyar oğlu

Əliyev Əliyar İlyas oğlu

İmanova Tamilə Nəsir qızı

Həsənova Validə Namiq qızı


xxx


Bakı-Qazax avtomobil yolunun Yevlax ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

Unikal.org-un report-a istinadən məlumatına görə, Şəmkirdən Bakı istiqamətində hərəkətdə olan mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində biri uşaq olmaqla 3 nəfər həyatını itirib.

Qəza zamanı daha 7 nəfər ağır vəziyyətdə Yevlax Şəhər Xəstəxanasına yerləşdirilib.

Hazırda hadisə ilə əlaqədar araşdırma aparılır.