Xəzər dənizinin Xaçmaz rayonu, Müqtədir qəsəbəsi ərazisində iki nəfər dənizdə boğulub.
Unikal.org bildirir ki, boğulan şəxslərdən birinin meyiti Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Bu Qusar rayon sakini 2002-ci il təvəllüdlü Alışov Həsən Cavad oğludur.
Quba rayon sakini olduğu bildirilən digər şəxsin axtarışları davam etdirilir.