"Qarabağ" klubu Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama matçına çıxıb.

Unikal.org-un məlumatına görə, rəqib Suriya yığması olub.
Görüş ərəblərin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qol ilk yarının sonlarında vurulub.
Beləliklə, "Qarabağ"ın üçüncü yoxlama matçında da qələbəyə həsrət qalıb və üstəlik, ilk məğlubiyyətlə üzləşib. 

Əvvəlki qarşılaşmalarında Ağdam komandası Bolqarıstan "Ludoqorets"i ilə 1:1, Avstriyanın "Vakker İnsbruk" komandası ilə 0:0 hesablı heç-heçə edib.