Xəzər dənizinin Xaçmazın Müqtədir qəsəbəsi sahillərində bir nəfər dənizdə batıb.
Unikal.org APA-ya istinadən xəbər verir ki, Quba rayon sakini Səttərov Alim Rizvan oğlu sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Dünyasını dəyişən şəxs Qafqaz Müsəlmanları İdarəsinin Quba nümayəndəliyinin rəhbəri Naib Səttərovun qardaşı oğludur.
Qeyd edək ki, ötən gün daha iki nəfər Müqtədir qəsəbəsində dənizdə batıb. Onlardan birinin meyiti tapılıb, digər şəxsin axtarışları davam etdirilir.