Bakının Suraxanı rayonunda oğurluq hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 700 manat oğurlanması barədə 31-ci polis bölməsinə məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəki rayon sakini Emil Dadaşov saxlanılıb.