Gəncə şəhərində sirkədən ölüm hadisəsi baş verib.
Unikal.org-un "Report"a istinadən məlumatına görə, 1953-cü il təvəllüdlü yerli sakin Tağıyeva Sürayə zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib.
Lakin həkimlərin göstərdikləri səylərə baxmayaraq, qadın bir müddətdən sonra xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.